“Danışığı zaydırsa, danışdırmayın” - Faiq Ağayevdən şou əhlinə ismarıc

ARB TV-də yayımlanan "Show news" verilişində Xalq artisti Faiq Ağayev şou-biznesin hazırki vəziyyətindən danışıb...
###reklam250###

Xalq artisti hər şeyin dəyişdiyini bildirib:

"Dəyərlər dəyişdi. Yaxşı mahnı təhvil verib, gündəmsiz qalmaq olur. Amma heç 3-5 il mahnı buraxma, buna-ona cırmaq at, onun ailəsini müzakirə et, başqasının ailəsini dağıt. Bununla gündəmdə qalmaq olur".

Faiq Ağayev əvvəl keyfiyyətin, indi isə kəmiyyətin vacib olmasını xüsusi vurğulayıb:

"Bu gün və indi ilə yaşamaq düzgün deyil. 5-10 il sonra ilə yaşayıram ki, hansı mahnım dilə gələcək, nə deyəcəklər. Bizdə keyfiyyət, indi isə kəmiyyət vacibdir.

Radionu və televiziyanı səviyyəsiz mahnılardan təmizləmək lazımdır. Əgər müğənninin görünüşü yaxşıdırsa, danışığı zaydırsa, onu danışdırmayın. Ancaq oxumağa çağırın. Özü də biabır olur, tamaşaçı da irad bildirir. Bu da yaxşı hal deyil.

Rejissor Türkiyədən də, gürcüstandan da, Ukraynadan da ola bilər. İş öncədən danışmaq deyil, tamaşaçıdan rəy almaqdır".

pia.az