Vilayət Eyvazov Almaniya səfiri ilə görüşüb

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib...
###reklam250###

Fevralın 7-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avropalı diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən nazir V.Eyvazov ona fəaliyyətində uğurlar arzulayıb.

Dostluq və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

pia.az