Antarktidada temperatur rekord həddə çatdı

Argentinalı meteoroloqlar Antarktidada tarix boyu qeydə alınan ən yüksək istilik dərəcəsini qeyd ediblər...
###reklam250###

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Argentina Milli Meteoroloji Xidmətinin “Twitter” səhifəsində yer alıb.

Söhbət Argentinanın 1961-ci ildən bəri meteomüşahidənin aparıldığı Esperansa elmi-tədqiqat stansiyasından gedir.

"Fevralın 6-da Esperansa stansiyasında (1961-ci ildən bəri) yeni tarixi rekord qeydə alınıb. 18 °C. Bu göstərici 2015-ci ilin martın 24-də qeydə alınan daha əvvəlki 17.5 °C rekordunu da geridə qoyub”, - məlumatda bildirilir.

Bundan başqa, meteoroloqlar Argentinanın digər stansiyası olan Marambioda da 1971-ci ildən bəri yeni rekordu müəyyənləşdiriblər: 14,1°C. 2013-cü ildə qeydə alınan daha əvvəlki rekord isə 13,8 °C idi.

pia.az