AŞPA-nın Azərbaycanda siyasi məhbuslar haqqında qətnaməsinin hansı təsiri olcaq?

“Siyasi məhbus” gərginliyi ölkəmizin Avropa Şurasına üzvlüyünü risk altına ata bilər?..
###reklam250###

Politoloq: “Azərbaycanla Avropa Şurası arasında on illərdi siyasi məhbus məsələsi daima aktual olub”.

“Avropa Şurası daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib. Ona görə də belə bir tribunanı itirmək xarici siyasətimizə mənfi təsir edər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qəbul etdiyi qətnaməni PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər veridyimiz kimi yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib. Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.

Müzakirələr zamanı deputatların əksəriyyəti hesabatı dəstəkləyib. Əsasən fransalı millət vəkili Bernard Furnye Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etmədiyini bildirib və qeyd edib ki, bu yolverilməzdir. O bildirib ki, hüquq müdafiəçilərinin, fəalların fəaliyyəti bəzən onların həbsxanalara düşməsinə səbəb olur.

Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin üzvləri hesabatın müddəaları ilə qəti şəkildə razılaşmayıblar. Sahibə Qafarova məruzədə cinayət əməllərinə görə mühakimə olunan dini radikalların siyasi məhbus kimi təqdim olunduğunu bildirib. Azərbaycandan digər deputatlar da tənqidi qəbul etməyərək Azərbaycanın AŞ ilə əməkdaşlığa sadiq olduğunu qeyd ediblər, eyni zamanda demokratiya quruculuğunda obyektiv çətinliklərin və keçmişin “ağır irsi" ni qeyd ediblər.

Siyasi məhbus problemi ölkəmizin Avropa Şurasına üzvlüyünü risk altına ata bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə müraciət edib.

Məhəmməd Əsədullazadə: “Avropa Şurasının siyasi məhbuslarla bağlı qəbul etdiyi qətnamə ölkəmizin beynəlxalq imicinə zərbə vurur”.

Rəsmi Bakının siyasi məhbus məsələsində daha ciddi addımlar atacağını düşünən politoloq PİA.az-a açılamasında bildirib ki, bu məsələnin kökündən həlli gözlənilmir və belə bir həll yolu da yoxdur:

“Azərbaycanla Avropa Şurası arasında on illərdir siyasi məhbus məsələsi daima aktual olub. Çünki, bu probelmin kökündən həlli istiqamətində irəlləyiş olmadığı üçün belə bir problem davam edəcək. İlk növbədə siyasi islahatlar, hüquqi və demokratik sahədə islahatlar labüddür. Əgər bu sahədə müsbət dəyişikliklər olarsa, ölkəmizdə siyasi məhbus olmayacaq. Hazırda Avropa Şurasının siyasi məhbuslarla bağlı qəbul etdiyi qətnamə ölkəmizin beynəlxalq imicinə zərbə vurur.

Hesab edirəm ki,mütləq siyasi məhbus məsləsini həll etmək lazımdır. Bu gün yeni dünya nizamı formalaşır. Azərbaycan hakimiyyəti də bu istiqamətdə islahatlar aparır. Ona görə rəsmi Bakı ilk növbədə bu məsələni həll etməlidir. Məhz bu problem ucbatından Avropa Şurasında ölkəmizə qarşı mənfi tendensiya formalaşır. Buna yol vermək olmaz. Bəli, Avropa Şurası Azərbaycanla əlqələri aşağı sala bilər.

Məhəmməd Əsədullazadə: “Rəsmi Bakı növbəti dəfə yenidən əfv sərəncamı verə bilər ki, bu da Avropa Şurası ilə əlaqələrdə müsbət dinamika yarada bilər”.

Qeyd edim ki, Avropa Şurası daima Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib. Ona görə də belə bir tribunanı itirmək xarici siyasətimizə mənfi təsir edər. Rəsmi Bakı növbəti dəfə yenidən əfv sərəncamı verə bilər ki, bu da Avropa Şurası ilə əlaqələrdə müsbət dinamika yarada bilər.

Düşünmürəm ki, Avropa Şurası Azərbaycanla əlaqələri kəssin. Heç rəsmi Bakıda bunda maraqlı deyil. Tərəflər danışıqlar aparacaq. Xüsusilə Azərbaycan siyasi məhbusları azad edəcəksə, bu ölkəmizin beynəlxalq reytinqinin yüksəlməsinə gətirər. Rəsmi Bakı siyasi məhbus məsələsində addımlar atacaq. Amma, kökündən həlli gözlənilmir. Avropa Şurası çalışacaq ki, Azərbaycana qarşı təzyiqləri davam etdirsin. Düşünürəm problemlər davam edəcək”.

Nərminə UMUDLUpia.az