“Seçkilər Əliyevin islahatlarının davamı olacaq...” – Mixail Saakaşvili

"Düşünürəm ki, Azərbaycanın parlaq gələcəyi var, çünki onun, ölkənin irəli getməli olduğunu başa düşən müdrik və güclü lideri var"...
###reklam250###

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili virtualaz.org-un müxbiri ilə söhbətində deyib.

Saakaşvili əmindir ki, güclü Azərbaycan həm də güclü Gürcüstandır. Amma o təəssüf edir ki, Gürcüstanda bəzi insanlar bunu anlamırlar. “Bəziləri Azərbaycanın gücünü etiraf etmək istəmirlər. Lakin tezliklə Gürcüstanda hər şey dəyişəcək və münasibətlərimiz daha da intensiv və məhsuldar şəkildə inkişaf edəcək”, - deyə siyasətçi vurğulayıb.

Azərbaycanda keçiriləcək parlament seçkilərinə gəlincə, M.Saakaşvili son vaxtlar dost ölkədə daxili siyasi prosesləri izləmədiyini təəssüflə etiraf edib, lakin onların demokratik və azad mühitdə keçiriləcəyinə əminliyini bildirib: “Heç nə bir yerdə dayanmır və şübhə etmirəm ki, Azərbaycanda seçkilər Prezident İlham Əliyevin başladığı islahatları davam etdirəcək. Bir daha təkrar edirəm: Azərbaycanın uğuru Gürcüstanın uğurudur. Ümid edirəm ki, seçkilərə yüksək qiymət veriləcək”.

pia.az