Azərbaycanlı aparıcı qripdən dünyasını dəyişib

“Lider radio”nun keçmiş əməkdaşı DJ Emil vəfat edib...

PİA.az xəbər verir ki, big.az məsələ ilə bağlı Emilin iş yoldaşı ilə əlaqə saxlayıb. O bildirib ki, 3 gündür ki, Mərkəzi Klinik xəstəxanaya yerləşdirilib:

“Emil xeyli vaxt imiş ki, qrip xəstəliyinə yoluxubmuş . 4 gün əvvəl isə ağır qızdırma, titrətmə ilə komaya düşüb və xəstəxanaya yerləşdirilib”.

pia.az