Şahzadənin avtomobili hərraca çıxarılacaq - Fotolar

Mərhum şahzadə Diananın avtomobili hərraca çıxarılacaq...
###reklam250###

Axşam.az xəbər verir ki, şahzadəyə 1994-cü ildə hədiyyə edilən “Audi 80” kabrioleti martın 28-də "Practical Classics Classic Car & Restoration Show" hərracında satışa çıxarılacaq.

Təşkilatçılar avtomobili 35-40 min funt-sterlinqə (təxminən 77-88 min manat) satmaq istəyirlər.

Qeyd edək ki, avtomobil 2.3 litrlik mühərriklə təchiz olunub. 133 at gücünə sahib olan “Audi 80” cəmi 35 min km sürülüb.

pia.az