“Google” ilk dəfə “Youtube”un gəlirlərini açıqlayıb

“Alphabet” holdinqi mülkiyyətində olan “Youtube” videohostinqinin əldə etdiyi mənfəət barədə məlumatlar açıqlayıb...
###reklam250###

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, illik hesabat şirkətin saytında dərc olunub.

“Alphabet” “Google”un ana şirkətidir. Sonuncu “Youtube”u 2006-cı ildə 1,65 milyard ABŞ dollarına əldə edib. O vaxtdan bəri holdinq videohostinqin reklamdan əldə etdiyi gəlirlər barədə məlumat yayımlamamışdı.

Son hesabatda isə “Youtube”un 2019-cu ildə reklamdan 15 milyard ABŞ dollarından çox gəlir əldə etdiyi göstərilib.

Videohostinqin holdinqin gəlirlərindəki payı 9% olub. Belə ki, “Aphabet” ötən il ərzində 162 milyard ABŞ dolları məbləğində gəlir əldə edib. Bu, 2018-ci illə müqayisədə 18% artım deməkdir.

pia.az