İsgəndər Həmidov komaya düşdü

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov komaya düşüb...
###reklam250###

Pravda.az-ın xəbərinə görə, bu barədə tanınmış həkim Adil Qeybulla bildirib. Onun sözlərinə görə, hazırda İ.Həmidovun müalicəsi Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir: "O, komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub. Türkiyədəki müalicə həkimləri ilə intensiv danışıqlar gedir". A.Qeybulla bildirib ki, bu ilin 24 yanvarında, təxminən, saat 17.00 radələrində bayır gəzintisi zamanı İ.Həmidovun halı qəflətən pisləşib və huşunu itirərək yıxılıb: "Aparılan sonrakı müayinələr (Baş beynin MRT-si, Baş beyin, döş qəfəsi, qarın və çanaq boşluğu orqanlarının kompüter tomoqrafiyası) nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edilib. Son klinik diaqnoz: 'Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6x4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatmazlığı".

pia.az