Avtomobillə 2 nəfəri vurdu, 1-i öldü

Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 1-də saat 21 radələrində Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində rayon sakini V.Savalanov idarə etdiyi "VAZ-2013" markalı avtomobillə yolu keçən həmyerliləri Natiq Əlizadəni və İ.Hacızadəni vurub. Nəticədə onlar xəstəxanaya yerləşdiriliblər, N.Əlizadə orada ölüb.

Xocavənd RPŞ tərəfindən araşdırma aparılır.

pia.az