Ərdoğan: “İdlibdə qarşı tərəf 30-dan çox itki verib"

İlkin məlumata görə, İdlibdə qarşı tərəfdən 30-35 suriyalı zərərsizləşdirilib
###reklam250###

PİA.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) İdlibdə müəyyənləşdirdiyi 40-a yaxın hədəfə zərbələr endirilir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində 4 hərbçisi şəhid olub, biri ağır olmaqla 9 hərbçisi yaralanıb.

pia.az