Ərəb milyarderləri Həbibə Konor və Floydla döyüşə görə 180 milyon avro vəd ediblər

UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova Konor Makqreqor və əfsanəvi boksçu Floyd Meyvezerlə döyüşə görə, təxminən 180 milyon avroya yaxın pul vəd edilib...
###reklam250###

Bu barədə “The Sun” Həbibin meneceri Əli Abdel-Əzizə istinadən məlumat yayıb. 31 yaşlı döyüşçüyə bu təklif Səudiyyə Ərəbistanı milyarderlərindən gəlib. Onlar döyüşlərin Ər-Riyadda baş tutmasını istəyirlər.

Qeyd edək ki, Həbib Nurməhəmmədovun növbəti görüşü aprelin 18-də Toni Ferqyusonla olacaq.

pia.az