Parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb...
###reklam250###

PİA.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, ümumilikdə, 65 min 766 yerli müşahidəçi qeydiyyatdan keçib:

"Onlardan 4264-ü MSK-da qeydiyyatdan keçib, 61 502-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib".

Eyni zamanda Milli Məclisə seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. (Report)

pia.az