Xəstəni hospitala aparan taksi sürücüsü koronavirusa yoluxdu

Tailandda koronavirusa yoluxmuş ilk şəxs koronavirus daşıyıcısı çinli turisti xəstəxanaya aparan taksi sürücüsü imiş...
###reklam250###

RIA “Novosti” xəbər verir ki, bunu Tailandın Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib.

Nümayəndənin dediyinə görə, koronavirus daşıyıcısı həmin çinli turist artıq sağalıb və ölkəsinə göndərilib.

Həmçinin, ölkədə virusa yoluxanların sayının 14-dən 19-a artdığını vurğulayıb. Məlumata görə, koronavirusa yoluxan 19 nəfərdən 17-si Çin vətəndaşlarıdır. (Report)

pia.az