Ukrayna prezidenti: "SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib"

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb...
###reklam250###

Bu barədə dövlət başçısı “Facebook”dakı səhifəsində bildirib.

Kiyev şəhərində Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası çərçivəsində keçirilən görüş zamanı SOCAR-ın Ukraynanın enerji infrastrukturunun inkişafına sanballı töhfələr verdiyi qeyd edilib, ölkənin neft-qaz sənayesində SOCAR-ın iştirak edəcəyi yeni sərmayə layihələri müəyyənləşdirilib.

Ukrayna prezidenti həmçinin 2019-cu ilin dekabr ayındakı Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini deyib.

Görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, “SOCAR Ukraine” MMC-nin baş direktoru Elçin Məmmədov da iştirak ediblər. (report)

pia.az