İranda 4,8 bal gücündə zəlzələ olub

İranın Qərbi Azərbaycan əyalətində güclü zəlzələ baş verib...
###reklam250###

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ Urmiya şəhərində qeydə alınıb.

Yeraltı təkanlar 4,8 bal gücündə, yerin 11 kilometr dərinliyində qeydə alınıb.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

pia.az