Tacikistanda beş bal gücündə zəlzələ olub

Tacikistanda zəlzələ baş verib...
###reklam250###

Tacikistanın Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Umed Yusifi ölkə ərazisində beş bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.

“RİA Novosti” Komitənin mətbuatla əlaqələr xidmətinin rəhbərinə istinadən xəbər verir ki, zəlzələnin episentri paytaxt Düşənbədən 160 kilometr şimal-şərqdə, Sanqvor rayonunda qeydə alınıb.

Yeraltı təkanlar nəticəsində ölkə ərazisində dağıntıların olmadığı bildirilir.

pia.az