Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb...
###reklam250###

Bu barədə XİN mətbuat katibi Leyla Abdullayeva "Twitter" hesabında qeyd edib.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.

pia.az