Yaxın Şərq Sülh planının detalları açıqlandı - Bəyanat

Tramp Netanyahu ilə Yaxın Şərq Sülh planının detallarını açıqlayıb...
###reklam250###

Trampla Netanyahu Yaxın Şərq Sülh planı ilə bağlı birgə bəyanat verib

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib.

APA-nın Sputnik-ə istinadən xəbərə görə, İki ölkə liderləri açıqlamada İsrail-Fələstin münaqişəsinə dair Sülh planını açıqlayıb.

Tramp ABŞ tərəfindən Fələstin-İsrail münaqişəsini həllini nəzərdə tutan planın bir sıra detallarını açıqlayıb. O İsrailin sülh yolunda böyük bir addım atdığını söyləyib: “ABŞ-ın yeni planı Fələstin ərazilərinin faktiki ikiqat artırılmasını nəzərdə tutur. Bu xəritəyə görə, Şərqi Qüdsdə Fələstin paytaxtı da yaradılacaq, burada ABŞ qürurla səfirliyini açacaq”.

Tramp Birləşmiş Ştatların Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı planı həyata keçirmək üçün digər ölkələrlə də işləməyə hazır olduğunu bildirib: “ABŞ bütün tərəflərlə işləməyə hazırdır. Bir çox ölkələr də bizimlə işləmək istəyir. Mən çoxları ilə danışmışam”.

Qeyd edək ki, Tramp tərəfindən "Əsrin sövdələşməsi" olaraq xarakterizə edilən Yaxın Şərq Sülh planının müzakirəsi üç il müddətində gündəmdə olsa da müxtəlif səbəblər üzündən hər dəfə təxirə salınırdı.

pia.az