Paytaxtda bıçaqlanma qeydə alınıb

Bakıda 30 yaşlı oğlan iki tanışını bıçaqlayıb...
###reklam250###

Bakıda iki nəfər bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində M.Nərimanov küçəsi 20/56 ünvanında qeydə alınıb.

Həmin ünvanda 1990-cı il təvəllüdlü Cavidan Həsənov tanışları, 1984-cü il təvəllüdlü Gündüz Cəfərovu və 1988-ci il təvəllüdlü Tural Cəfərovu bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində C.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az