Mahmud Abbas Trampla telefonda danışmaq istəmədi

Fələstin Prezidenti Mahmud Abbas ABŞ Prezidenti Donald Trampın onunla telefonla danışmaq istəyini rədd edib...
###reklam250###

Konkret.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu məlumatlı mənbə bildirib.

Trampın telefonla danışmaq təklifi bir neçə gün öncə gəlib. Lakin mənbə ətraflı məlumat verməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 27-də İsrailin baş naziri, hakim Likud Partiyasının sədri Binyamin Netanyahu və Kahol-Lavan müxalifət blokunun rəhbəri Beni Qansla görüşəcək.

pia.az