Türkiyədən təxliyə edilən 42 azərbaycanlı tələbə Naxçıvandadır

Türkiyənin zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb...
###reklam250###

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi məlumat yayıb.

"Elazığdan oyla çıxan ilk avtobusdakı 42 tələbəmiz artıq Naxçıvana çatdırılıb", - deyə səfirliyin məlumatında bildirilir. Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb.

pia.az