Azərbaycanda korrupsiya azalıb - Hesabat

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdim edib...
###reklam250###

2019-cu il üzrə Azərbaycan KQİ-də 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb.

2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.(report)

pia.az