Avropanın ən sağlam paytaxtları bəlli olub

Avropanın ən sağlam paytaxtı adına Kopenhagen şəhəri layiq görülüb...
###reklam250###

“Report” xəbər verir ki, Treated.com saytının apardığı araşdırma nəticəsində tərtib edilmiş reytinqdə sonrakı yerlərdə ardıcıllıqla Vyana, Bern, Helsinki, Berlin, Stokholm, Vilnüs, Amsterdam, Podqoriça, Lyublyana qərarlaşıb.

Bakı reytinqdə 46-cı yeri tutub.

Qeyd edək ki, sözügedən araşdırma zamanı səhiyyəyə ayrılan vəsaitin ÜDM-dəki payı, həyatın gözlənilən davamlığı və keyfiyyəti, havanın və suyun keyfiyyəti, yaşıllıqların miqdarı, fitnes-klublardan istifadə imkanları, piyada gəzən və ya velosiped sürənlərin çoxluğu kimi göstəricilər əsas götürülüb.

pia.az