Parlament seçkiləri ilə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib...  
###reklam250###

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, indiyə qədər 30231 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 29219 müşahidəçi dairə seçki komissiyalarında, 1012 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

pia.az