Haftar bu konfransı da səssiz tərk etdi

Qeyd olunur ki, artıq Fransa və Almaniya Berlin konfransında Rusiya lideri Vladimir Putini artıq “itiriblər”...
###reklam250###

Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar Berlin konfrasında saziş imzalamaqdan imtina edib. AYNA xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Mənbənin məlumatına görə, Haftar konfrans zamanı telefonunu söndürüb, heç kəsə məlumat vermədən toplantını tərk edib.

Qeyd edək ki, Berlindəki həlledici olmalı konfrans bir neçə gün əvvəl  Moskvada Rusiya və Türkiyənin rəsmilərinin birgə iştirakı ilə keçirilən görüşdən sonra baş tutub. O zaman da Haftar hər hansı saziş bağlamadan Moskvanı tərk etmişdi.

Siyasi şərhçilərin fikrincə, Qərb Liviyada sülhün bərpa olunmasında kimlərin rol oynadığını yaxşı bilir. Qeyd olunur ki, artıq Fransa və Almaniya Berlin konfransında Rusiya lideri Vladimir Putini artıq “itiriblər”.

Xatırldaq ki, Qərb Liviya ordusunun komandiri X.Haftarın Tripoli hökümətinin rəhbəri Fayez Sarracla sülh sazişi bağlamasını arzulayır.

pia.az