Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verdi

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib...

PİA.az xəbər verir ki, o, bu barədə özünün rəsmi "Twitter" səhifəsində türk və Azərbaycan dillərində bildirib:

"Qardaş Azərbaycanın azadlığa gedən yolunda 30 il öncə canlarını fəda edən 20 Yanvar şəhidlərini rəhmətlə anıram".

pia.az