Berlində Liviya üzrə sammitin yekun sənədinin son mətni razılaşdırılıb

Berlində Liviya ilə bağlı beynəlxalq konfransın iştirakçıları iclasdan sonra qəbul edilməsi gözlənilən sənədin mətni ilə razılaşıblar...
###reklam250###

Məlumatı “TASS” agentliyi bir neçə diplomatik mənbəyə istinadən bildirib.

“Mətn sonda razılaşdırılıb”, - deyə mənbə qeyd edib.

Sənəd layihəsinə əsasən, Liviyada nizamlanma prosesinin altı “səbət”ə bölünməsi təklif olunur: atəşkəs, silah embarqosunun tətbiqi, siyasi proses, təhlükəsizlik sektorunda islahatlar, iqtisadi islahatlar, humanitar haqlara və insan haqlarına uyğunluq.

Sənəddə bütün iştirakçıları ölkələrin silahlı müdaxilədən imtina etməsi təklif olunur.(APA)

pia.az