Naxçıvan Ali Məclisinə kimlər namizəd olub? – Sirr kimi seçki...

2020-ci il fevralın 9-da Azərbaycan Milli Məclisinə seçkilərlə paralel Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçiriləcək...
###reklam250###

PİA.az xəbər verir ki, bu haqda MR-nın Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 9-da Sərəncam imzalayıb.

Milli Məclisə keçirilən seçkilərlə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyasının saytında namizədlərlə bağlı mütəmadi olaraq məlumatlar yerləşdirilir. Naxçıvan MR-da isə Ali Məclisə seçkiləri Naxçıvan Mərkəzi Seçki Komissiyası həyata keçirir. Maraqlıdır ki, Naxçıvan MSK-sının saytında (msk.nakhchivan.az) fevralın 9-da Ali Məclisə keçiriləcək seçilərlə bağlı bu günə qədər heç bir məlumat yerləşdirilməyib.

Nə Naxçıvan Ali Məclisinə namizədliyini irəli sürən şəxslər, nə də Naxçıvan MSK-sının iclasları haqda heç bir məlumat yoxdur. Sonuncu dəfə isə sayt ötən ilin avqustunda yenilənib.

Bildirək Naxçıvan Ali Məclisinin 45 üzvü olur və seçkilərdə 45 dairə üzrə seçki keçirilir. (yenisabah.az)

pia.az