Haftarın sağ əli Türkiyəni təhdid etdi: “Tripoli sahillərində...”

Liviyanın qiyamçı generalı Haftarın sözçüsü Türkiyəni təhdid edib...
###reklam250###

PİA.az xəbər verir ki, Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari Türkiyənin mümkün hərbi müdaxiləsi və Zuveytinada olan neft mədəninin Milli Barış Hökumətinə (MBH) maliyyə vəsaiti gətirməsi haqda danışıb.

Türkiyənin MBH-nin köməyinə hərbçi göndərməsi haqda danışan Mismari bəyan edib ki, Tripoli sahillərində türk əsgərinin sonu gələcək.

O, əlavə edib ki, neft limanlarını bağlayan Liviya xalqı haqlıdır: “Biz onları qorumalıyıq”.

Liviya Milli Ordusunun Komandanlığı isə yaydığı açıqlamada bəyan edib ki, Türkiyə Liviyadakı atəşkəsi pozub, dəniz və hava nəqliyyatı vasitəsilə ölkəyə daha çox suriyalı terrorçu və silah göndərib. (Teleqraf.com)

pia.az