Putin özünə yeni köməkçi təyin edir

Baş nazir Dmitri Medvedevin dövründə İqtisadi İnkişaf naziri olan Maksim Oreşkin Rusiya Federasiyası Prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə müşaviri olacaq...
###reklam250###

Bu barədə TASS “Bloomberg”ə istinadla məlumat verib.

Prezidentin indiki köməkçisi Andrey Belorusova da yeni vəzifə veriləcək, agentliyin məlumatına görə, o baş nazirin birinci müavini olacaq.

Hazırda bu vəzifədə maliyyə naziri Anton Siluanovdur, ancaq onun yeni vəzifəyə təyin olunub-olunmayacağı bəlli deyil.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Federal Məclisə müraciətlə çıxış edib. Bundan sonra Medvedev Putin tərəfindən təklif olunan konstitusiya dəyişiklikləri ilə əlaqədar hökumətin tam tərkiblə istefaya getdiyini açıqlayıb.

pia.az