Güloğlan Cabbarovun seçicilərlə görüşü Qarabağ küçəsindən başladı - Foto

"Mənim devizim "Bizim yolumuz haqq yoludur,ədalət yoludur!”..
###reklam250###

Bu gün 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini müstəqil şəkildə irəli sürən Güloğlan Cabbarov təbliğat-təşviqat işinin başlanması ilə Nərimanov rayon Qarabağ küçəsində yaşayan seçicilərlə görüşüb.

Görüşdə deputatlığa namizəd bildirib ki,9 fevralda keçiriləcək seçkilər ölkəmizdə sosial-iqtisadi-siyasi proseslərin tərkib hissəsidir. Güloğlan Cabbarov qeyd edib ki,o seçkilərdə müstəqil şəkldə namizədliyini irəli sürüb və əsas amalı-qayəsi xalqın səsini qazanaraq onunları parlamentdə ləyaqətli şəkildə təmsil etməkdir: "Mənim devizim "Bizim yolumuz haqq yoludur,ədalət yoludur!” sizləri parlamentdə ədalətli təmsil etmək,qanunverici orqanda sizlərin hüquqlarınızın qorunması üçün bütün bacarığımla iştirak etməkdir”.

Görüşdə namizdə qeyd edib ki,ölkə prezidenti İlham Əliyevin son dövrlər həyata keçirdiyi islahatlar cəmiyyətimizin inkişafına,əhalinin sosial rifahının yaxşılaşdırması üçündür. Azərbaycan parlamenti də həyata keçirilən bu islahatlar mərhələsində ciddi rol almalıdır: "Ona görə də sizlər seçkilərdə aktiv iştirak etməklə bu islahatlara dəstəyimizi nümayiş etdirməliyik”.

Görüşdə G.Cabbarov seçiciləri narahat edən problemləri də dinləyib onların sualların cavablandırıb.

pia.az