Bakıda bıçaqlanma: Yaralı hücum edən şəxsi tanımadığını deyir

Bakının Yasamal rayonunda gənc kişinin qarın nahiyəsinə üç bıçaq zərbəsi vurulub...
###reklam250###

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Yanvarın 16-da 18:00 radələrində Mirzə Ağa Əliyev küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxs bıçaqla 1990-cı il təvəllüdlü Atayev Nurlan Vəlafət oğluna hücum edib.

Nəticədə, yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb”, - rayon polis şöbəsindən verilən məlumatda bildirilir.

Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin saxlanılması üçün axtarış tədbirləri həyata keçirirlər.

Zərərçəkən ilkin dindirilmə zamanı bildirib ki, hücum edən şəxsi tanımır. Lakin polis əməkdaşları onun yalan ifadə verdiyindən şübhələnirlər.

İstintaq davam etdirilir, cinayətin səbəbi aydınlaşdırılır.

pia.az