Liviyada sülhün dəstəklənməsi təşkilatın gündəmindədir – Aİ

Avropa İttifaqına (Aİ) üzv olan 28 ölkənin xarici işlər nazirləri yanvarın 20-də keçiriləcək növbəti görüş zamanı Liviyaya dair Berlin konfransının nəticələrini və bu ölkədəki münaqişənin həllinə dair mümkün tədbirləri müzakirə edəcək...  
###reklam250###

TASS xəbər verir ki, bunu Aİ Xarici İşlər Nazirləri Şurasının iclası ərəfəsində təşkilatın yüksək rütbəli rəsmisi bildirib: “Qarşıdakı istirahət günləri Berlində Liviyaya dair konfrans keçiriləcək. Bazar ertəsi günü isə Şuranın bu konfransa yekun vuraraq BMT çərçivəsində sülh tədbirlərinə Aİ-nin mümkün dəstək səylərini müzakirə etməsi məntiqli olacaq”. (Report)

pia.az