Rauf Arifoğlu İnqilab İsmayılov küçəsinin sakinləri ilə görüş keçirib - Fotolar

Yanvar ayının 17-də seçkiqabağı təşviqat kampaniyasının başladığı ilk güm 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu bu rayonun İnqilab İsmayılov küçəsi 26 ünvanında seçicilərlə görüş keçirib...
###reklam250###

O özünün seçki platformasından bəhs edərək qarşıdakı 5 ildə onların yanında olacağını vəd edib. Bölgənin problemlərindən bəhs edən namizəd onların həlli ilə bağlı vətəndaşların səslərini aidiyyatı qurumlara çatdıracağını bildirib.

O, qeyd edib ki, həm də Yeni Müsavat Media Qrupunun əməkdaşları daim problemlərinizə işıq salacaq: "Mən də 21 ildir ki, Xətaidə yaşayıram, bütün problemləri sizinlə birgə yaşamışam, öncəki icra başçısı ilə qəzetim vasitəsilə savaşmışam. İndi də qəzetin gücü ilə millət vəkili gücünü birləşdirib daha çox iş görmək istəyirik. Ona görə də sizin səsinizi gözləyirəm".

Sakinlər isə çıxışında dəfələrlə seçdikləri deputat tərəfindən aldadıldıqlarını, artıq seçkilərə inamlarının qalmadıqlarını bildirdilər. R. Arifoğlu hazırda ölkədə böyük dəyişikliklər getdiyini və Xətai rayonun da bu dəyişikliklərdən faydalanmasını istədiyini deyib.

pia.az