Rauf Arifoğlu "TV Müsavat"ın efirində seçki platformasını açıqladı - Video

TV Müsavatın "Seçki 2020" verilişi 17 yanvardan efirdə!..
###reklam250###

Verilişin ilk qonağı deputatlığa namizəd Rauf Arifoğludur.

Dəyərli TV Müsavat izləyiciləri!

Parlament seçkilərinin təbliğat-təşviqat dönəminin ilk gününə təsadüf edən bu tarixdə, saat 12.00-də “Seçki 2020” verilişi ilə Sizlərin görüşünə gəldik.

Sözügedən proqram fevralın 8-ə qədər həftə içi hər gün, saat 12.00-də yayımlanacaq və mövzu parlament seçkiləri olacaq. Deputatlığa namizədlər, onların vəkilləri, eyni dairədən namizədliyini verən və ya seçkilərlə bağlı fərqli mövqelərə malik siyasətçilər, seçki texnoloqları, tanınmış simalar “Seçki 2020”də sizin qarşınıza çıxacaq.

“Seçki 2020”nin ilk qonağı Xətai rayon 35 saylı 3-cü seçki dairəsindən deputatlığa namizəd, "Yeni Müsavat" Media Qrupunun təsisçisi Abbasov Rauf Arif oğludur.

pia.az