“Allah bizə şəfa versin” - Aparıcı Nərminin faciəsi ilə bağlı “od püskürdü”

Tanınmış teleaparıcı Turan İbrahimov sosial şəbəkədə 10 yaşlı Nərminin faciəsi ilə bağlı sərt fikirlər səsləndirib...
###reklam250###

Aparıcı cəmiyyəti faciədən şou düzəltməkdə ittiham edib:

“Düz 40-45 gün televiziyalarımız, sosial şəbəkələr, özünü reklam etmək istəyənlər, gündəmə gəlmək istəyənlər - hamı Nərminin faciəsindən şou düzəltdi, danışdı. Hətta mənə də mesaj yazırdılar ki, siz də bu haqda danışın, niyə danışmırsınız? Qəribə bir psixoz vəziyyət yaranmışdı. Gördüyüm o idi ki, cəmiyyət olaraq, hələ formalaşmış cəmiyyət deyilik. Təqlidçiyik. Müəyyən şüarları belə, ondan-bundan götürüb təkrarlayan cəmiyyətik. Bu cəmiyyətin də düzəlməsi isə xeyli vaxt tələb edir. Xəstəyik”.

T.İbrahimov Nərminin anasının Prezidentdən ev istəməsinə də münasibət bildirib:

“Xəstəliyimizin daha bir sübutu: uşaq ölüb, bütün ölkə bu hadisədən danışır, qatil tapılıb, ki, qatilin qatil olduğuna mən inanmıram. Və bu ərəfədə uşağın anası çıxıb dövlət başçısından ev istəyir, Bakıya köçmək istəyir. Bax, bu artıq bilirsiniz nə deməkdir? Buna ad qoymaq olmur. Bu bizim cəmiyyətimizin yerin dibində yox, yerin ən dibində olduğunun göstəricisidir. Allah bizə kömək olsun, bizə şəfa versin”.

Qeyd edək ki, Nərminin ailəsi Prezident İlham Əliyevə, eyni zamanda ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Bakıya köçürülmələri ilə bağlı müraciəti yazılı şəkildə də ünvanlayıb.(yeni sabah)

pia.az