Röyadan gözlənilməz etiraf: “Hər gün aşiq oluram” - VİDEO

Gözəllik sevilməlidir. Mən hər gün aşiq oluram...
###reklam250###

Bunu Xalq artisti Röya Ayxan “Xəzər” TV-də yayımlan “Şən Bazar” səhər şousunda deyib.

Proqramın aparıcısı Zümrüd Bədəlova sənətçiyə “Eşqin qanunları var?” sualını ünvanlayıb.

“Hər gün aşiq olmaq eşqin qanunlarından biridir. Hər gözəlliyə aşiq oluram. Baxıram ki, oğlanın geyim-kecimi gözəldir, ona aşiq oluram. Bunlar hamısı toplanır, bir gözəl əsər yaranır. Amma hər şeyi də sevgi həll etmir. Çox vaxt sevəndə gözəl mahnılar oxuya bilmirsən. Buna əminəm.

Deyirlər ki, Röyanın sevgilisi var, elə buna görə belə oxuyur. Yalandır. Sevgili olanda oxumaq istəmirsən. Gedirsən sevgilinlə gəzməyə. Sevgili olmayanda üzərində qəşəng işləyirsən. Sevgili olanda isə istirahət edirsən (gülür)”, - Röya sualı cavabsız qoymayıb.

pia.az