Medvedyev və Rusiya hökuməti istefa verdi: Putin Baş nazirə yeni vəzifə təklif etdi

Ruasiya Federasiyasının Baş naziri Dmitri Medvedev prezidentin Federal Məclisə mesajından sonra Vladimir Putinlə görüşdə bütün hökumətin istefa verəcəyini bildirib...
###reklam250###

Qaynarinfo xəbər verir ki, bu haqda mk.ru məlumat verib.

"Vladimir Vladimiroviç prezident olaraq gələn il üçün ölkəmizdəki işlərin təkcə prioritetlərini deyil, Rusiya Federasiyasının Konstitusiyasına bir sıra köklü dəyişiklikləri də müəyyən edib", - Medvedev deyib və əlavə edib ki, bu dəyişikliklər Konstitusiyanın bir sıra maddələrinə və hökumətə əhəmiyyətli dəyişikliklər edəcək.

Medvedev bu şərtlərdə hökumətin istefa verməsinin ən doğru qərar olduğunu bildirib:

"Bu kontekstdə, aydındır ki, biz Rusiya Federasiyası hökuməti olaraq ölkəmizin prezidentinə bunun üçün lazım olan bütün qərarları qəbul etmək imkanını verməliyik".

Buna cavab olaraq Vladimir Putin hökumət üzvlərinə birgə işlərinə görə təşəkkür edib. Ancaq onu da qeyd edib ki, istədikləri hər şeyə nail ola bilməyiblər.

Putin hökumətdən yeni bir kabinet formalaşana qədər işini davam etdirməsini istəyib. O, həmçinin hökumətin hər bir üzvü ilə tezliklə görüşəcəyini vəd edib.Bundan əlavə, prezident Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini Dmitri Medvedevə təklif etmək niyyətində olduğunu bildirib.

pia.az