Nüfuzlu ABŞ nəşri “Human Rights Watch” təşkilatının ikiüzlülüyünü ifşa etdi

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc edib...
###reklam250###

ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti o cümlədən Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, Nyu-Yorkda mənzillənmiş “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını tənqid edən məqalə dərc edib.

Virtualaz.org xəbər verir ki, məqalənin müəllifi ABŞ-ın Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki “Kohelet Policy Forum” mərkəzinin araşdırmaçısı Yevgeni Kontoroviçdir (Eugene Kontorovich).

Müəllif yazır ki, İsrailin ünvanına ikiüzlü hücumlar geniş yayılıb, lakin “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitson bu hücumları yeni səviyyəyə çıxarıb. O, İsrailin İordan çayının qərb sahilində, işğal edilmiş Fələstin ərazilərində apardığı məskunlaşmanın ən sərt tənqidçilərindən biridir. Lakin digər yerlərdə xanım Uitson işğal ediliş ərazilərdə qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.

##relatedPost2##

Məqalədə deyilir ki, xanım Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi Dağlıq Qarabağdır. Hansı ki, Ermənistan bu regionu üzücü müharibədə işğal edib və 1994-cü ildən bəri ətraf rayonlarla birlikdə işğal altında saxlayır. Və həmin vaxtdan etibarən Ermənistan rəhbərliyi həmin rayonlarda məskunlaşmanı fəal şəkildə dəstəkləyir. “Bir çox ermənilər Qarabağı öz tarixi vətənləri hesab edirlər. Lakin BMT, beynəlxalq təşkilatlar və ABŞ bu regionunun işğal edilmiş Azərbaycan ərazisi olduğunu tanıyır”,-müəllif vurğulayır.

Corc Meyson Universitetinin professoru qeyd edir ki, erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa pul toplama kampaniyasının təşkilatçısı qismində çıxış edib. Və həmin Uitson eyni zamanda “Human Rights Watch” təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi.Habelə o, Tvitterdə Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir.

Bu ziddiyətin səbəbləri barədə suala Uitson elektron poçtla belə cavab verib: “Mənim erməni diaspor təşkilatlarına şəxsi dəstəyim onların Ermənistanda xeyriyyəçilik və təşviqat fəaliyyəti, habelə erməni soyqırımının tanınmasına yönəlmiş təbliğat səyləri ilə bağlıdır”.

Lakin əslində Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata dəstək verir. O, eyni zamanda Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir.

pia.az