Həsən Ruhani: Hökumət ölən vətəndaşlara görə məsuliyyət daşıyır

İran Prezidenti Həsən Ruhani İranın Ukraynaya məxsus təyyarəni “səhvən vurduq” açıqlaması ilə bağlı yeni fikir səsləndirib...
###reklam250###

“Haber Global”ın xəbərinə görə, o, hökumətin Ukraynaya məxsus təyyarədə ölən İran və digər ölkə vətəndaşları qarşısında məsuliyyət daşıdığını deyib.

İran Hərbi Qüvvələrinin təyyarənin “səhvən vurulduğu”nu qəbul etməsinin “yaxşı addım” olduğunu deyən İran dövlət başçısı “Bu bir insanın səhvi ola bilməz, İran xalqına bir daha belə hadisənin təkrarlanmayacağı barədə zəmanət verilməlidir”, - deyib.

Ruhani faciədə əli olan hər kəsin cəzalandırılacağını bildirib.

pia.az