Xatirə İslam icra başçısına çağırış etdi: “Evimizə gedə bilmirik”

“Biri daşı daş üstünə qoyanda tökülüb gəlirsiniz. Amma bunu da həll etmək lazımdır. Evimizə gedə bilmirik”...
###reklam250###

Bu sözləri müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yararsız hala düşən yollar haqqında çəkdiyi videoda deyib. İfaçı üzünü adıçəkilən rayonun İcra Hakimiyyətinə tutaraq əlavə edib: “Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Hər gün maşınlar bir-birinə dəyir, ziyan görür”.Videonun sonunda evinə getməyə çalışan sənətçinin başqa maşına dəydiyi və əzdiyi də aydın görünür.(axşam.az)

pia.az