Orduda bütün infrastrukturun yenilənməsi gələn il tam başa çatdırılacaq — Müdafiə naziri

Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlər istifadəyə verilib...
###reklam250###

PİA.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib.

O, bu işlərin cari ildə də davam etdiriləcəyini qeyd edib:

“Ali Baş Komandanın tapşırığına əsasən, 2021-ci il də daxil olmaqla Azərbaycan Ordusunun bütün infrastrukturunun yenilənməsi prosesi tam başa çatdırılacaq”. (olke.az)

pia.az