Sığortasız mənzillərin sahibləri cərimələnəcəkmi? - Video

İcbari Sığorta Bürosunun rəhbəri yaranmış ajiotaja münasibət bildirdi...
###reklam250###

Sığorta şirkətlərinin vətəndaşların ev ünvanlarına göndərdiyi və mənzilləri sığortalatdırmağı tələb edən, əks təqdirdə müəyyən cərimələr tətbiq ediləcəyini vurğulayan bildirişlər absurddur.

Bunu REAL-a müsahibəsində İcbari Sığorta Bürosunun İdarə Heyətinin sədri Rəşad Əhmədov deyib.

Onun sözlərinə görə, 2011-ci ilin dekabrında qəbul olunmuş qanuna istinad edərək, vətəndaşlar arasında ajiotaj yaratmaq cəhdləri başadüşülən deyil.

Bununla belə, İcbari Sığorta Bürosunun rəhbəri hesab edir ki, təşviş yaratmaq yolu ilə yox, maarifləndirmə yolu ilə əhalinin sığortaya cəlb edilməsi vacibdir. Vətəndaşlar sığortalamaqla əmlaklarını mümkün risklərdən qoruya bilərlər.

pia.az