DYP Badamdardakı sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib...

İdarədən bildirilib ki, sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər.

pia.az