Bakıda 2 yaşlı uşağın bağırsağından əməliyyatla 5 ədəd maqnit çıxarıldı - Video

5 ədəd maqniti udan 2 yaşlı uşağın əməliyyat anı...
###reklam250###

Kiçik, dairəvi maqnitlər oyuncaqların içində olur. Körpə uşaqlar tərslikdən həmin maqnitləri çıxarıb udur. Bunu çox zaman valideyn məsuliyyətsizliyinə də bağlayırlar. Çünki hər oyuncağın öz yaş kateqoriyası var.

PİA.az medicina.az-a istinadən bildirir ki, Bakıda 2 yaşlı oğlan uşağı oyuncaq maşınla oynayarkən onun maqnitlərini udub. Valideynləri bunu bilməyib.

Sabahı qusma, qızdırma, qarında ağrılarla uşaq klinikaya çatdırılır.

Uşaq cərrah Fuad Hüseynov maqnitlərin bir -birinə yapışaraq artıq nazik bağırsağa keçdiyini dəqiqləşdirir.

Məcburən açıq əməliyyatla bağırsaq divarı kəsilərək, maqnitlər ordan çıxarıldı.

Uşaq normal vəziyyətdə evlərinə yazılıb.

pia.az