İran BMT Təhlükəsizlik Şurasına müraciət etdi: ABŞ buna məcbur edilməlidir

BMT Təhlükəsizlik Şurası qanunsuz fəaliyyətlərinə və təhdidlərinə görə ABŞ-ı məsuliyyətə cəlb etməlidir...
###reklam250###

“RİA Novosti” agentliyi xəbər verir ki, bu sözlər İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançinin təşkilatın baş katibi Antonio Quterreşə məktubunda yer alıb.

İran nümayəndəsi Təhlükəsizlik Şurasını ABŞ-ın “azğın siyasətini” və qanunsuz təhdidlərini qınamağa, həmçinin ABŞ-ı beynəlxalq hüququn prinsiplərinə tabe olmağa məcbur etməyə çağırıb.

pia.az