Böyük Britaniya parlamenti Baş nazirin Brexit müqaviləsini müzakirəyə çıxarır

Müqavilə üç gün müddətində müzakirə ediləcək...
###reklam250###

Böyük Britaniya parlamentində deputatlar Baş Nazir tərəfindən təqdim olunan Brexit müqaviləsini üç gün müddətində müzakirə edəcəklər.

PİA.az virtualaz.org-a istinadən bildirir ki, müzakirələrdən sonra müqavilə Lordlar Palatasına təqdim olunacaq.

Brexit sövdələşməsinin həyata keçirilməsi üçün lazım olan qanunvericiliyin təhlilindən sonra müzakirələr yenidən davam etdiriləcək.

Müqavilə Avropa İttifaqına ödəmələri, vətəndaşların hüquqlarını və Şimali İrlandiya üçün gömrük tənzimləmələrini əhatə edir.

Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-dək Avropa İttifaqını tərk etməlidir.

pia.az