İran ABŞ-dan qisas almaq üçün 13 variant hazırlayıb

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-dan qisas almaq üçün 13 variant hazırlayıb...
###reklam250###

Şuranın katibi Əli Şamxani belə bəyanatla çıxış edib.

Bundan əvvəl İran parlamenti ABŞ ordusu və Pentaqonu terror təşkilatı kimi tanıyan qətnamə qəbul edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ aviasiyasının raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” qüvvələrinin komandanı Qasım Süleymani Bağdad hava limanı ərazisində ölüb.(oxu.az)

pia.az