ATƏT DTİHB-in Seçkiləri Müşahidə Missiyası fəaliyyətə başlayıb

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə Missiyası bu gündən fəaliyyətə başlayır...
###reklam250###

Bunu Müşahidə Missiyasının rəhbəri Piter Teyler bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki artıq beşinci dəfədir, Seçkiləri Müşahidə Missiyasına rəhbərlik edir.

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarından sonra Azərbaycan tərəfi rəsmi olaraq müşahidə üçün bizə müraciət etdi. Ehtiyacların Qiymətləndirməsi Missiyası dekabrda Azərbaycana səfər etdi və seçkiqabağı mühiti, gələcək seçkilərə hazırlıq prosesini qiymətləndirdi. Bu səfərin nəticələrinə əsasən, qərar verildi ki, müşahidə missiyası əsas heyətdən, qısa və uzunmüddətli müşahidəçilərdən ibarət olmaqla işə cəlb olunacaq”, - deyə o bildirib.

pia.az